26.05.2023
2023-cü il “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq keçirilən silsilə tədbirllər davam edir.Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə Baharlı 2 qəsəbə tam orta məktəbin müəllim və şagirdləri ziyarət etmişdir.Mərkəzin əməkdaşı Elçin Cəfərov tərəfindən şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi dövlətçilik fəaliyyəti, İşğaldan azad olunmuş tarixi abidələrimiz və Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən elektron kitabxana haqqında məlumat verilib.Tədbirin sonunda Mərkəzin Konfrans zalında məktəblilər ” Müstəqillik Gününə həsr edilmiş sənədli filmi izləyiblər.