Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonunda “Müstəqiliyimiz əbədidir!” mövzusunda tədbir keçirilib

25.05.2023

25 may 2023-cü il tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin, Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Pedoqoji  Kollecinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedoqoji  Kollecində 28 May - Müstəqilik Günü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilərək, büstü önünə gül dəstələri düzülüb.

Tədbir zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və AXC-nin yaradıcılarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Sonra çıxışlar edilərək,  AXC-nin Azərbaycan tarixindəki rolu haqqında fikirlər səsləndirilib. Qeyd edilib ki, dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi onun milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. 

 

211.1 KB

 

333.8 KB

 

285.2 KB

 

310.2 KB

 

182.5 KB

 

397.5 KB

 

306.3 KB