23.02.2019
19 fevral 2019-cu il tarixdə Ağdam rayonu İkinci Dördyol qəsəbəsində fəaliyyət göstərən Güllücə kənd Mədəniyyət Evində 35-saylı Mərzili kənd kitabxanası ilə birlikdə Xocalı Soyqırımının 27-ci ildönümü münasibətilə “ Xocalısız keçən illər ” adlı tədbir keçirilmişdir. Tədbirdə Mədəniyyət Evinin bədii rəhbəri Rəfiqə Qurbanova, təşkilatçı-metodist Arifə Abbasova və mədəni-təşkilatçı Kəmalə Ağayeva iştirakçılara Xocalı Soyqırımı haqqında ətraflı məlumat vermişlər.Mərzili kənd kitabxanasının əməkdaşları Rayisə Məmmədova və Məlahət Əzizova dövlətimizin Soyqırım qurbanlarının və şəhidlərinin ailələrinə göstərdiyi qayğıdan və Soyqırım faktının dünya dövlətləri tərəfindən tanınması istiqamətində gördüyü işlərdən danışdılar.Qəsəbə orta məktəbin müəlliməsi Tamara Məmmədova və başqa iştirakçılar Xocalı Soyqırımı haqında məlumatlarını bölüşdülər. Tədbir iştirakçıların Mədəniyyət Evində Xocalı Soyqırımının 27-ci ildönümü münasibətilə hazırlanmış “ Əsrin Faciəsi” adlı foto-stendə və Mərzili kənd kitabxanası tərəfindən təşkil edilmiş kitab sərgisinə baxışı ilə başa çatdı.