24.05.2023
24 may 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Əliağalı kənd Mədəniyyət evində “28 May − Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Müstəqillik Gününə həsr edilmiş sənədli film nümayiş etdirilib. Daha sonra tədbirin bədii hissəsi başlayıb. Bədii hissədə Ağdam rayon Güllücə kənd uşaq musiqi məktəbinin, Quzanlı qəsəbə tam orta məktəbinin, Qasımbəyli qəsəbə tam orta məktəbin, 18 saylı tam orta məktəbin, Bənövşələr kənd tam orta məktəbin və 3 saylı uşaq bağçasının şagirdləri tərəfindən mahnılar oxunub, şeirlər söylənilib və rəqslər nümayiş etdirilib.
Tədbirin sonunda 18 saylı tam orta məktəbə Ağdam Mədəniyyəti adından Fəxri fərman verilib.
#AğcabədiRegionalMədəniyyətİdarəsi# Ağdam rayon Mədəniyyət Mərkəzinin, #Əliağalıkəndmədəniyyətevi#