Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Əliağalı kənd Mədəniyyət evində “28 May − Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib

24.05.2023

24 may 2023-cü il tarixində  Ağcabədi  Regional  Mədəniyyət  İdarəsi  Ağdam  rayon  Mədəniyyət  Mərkəzinin  tabeliyində  fəaliyyət göstərən  Əliağalı kənd Mədəniyyət evində  “28 May − Müstəqillik Günü”nə həsr olunmuş  tədbir keçirilib.

Əvvəlcə Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin  ərazi bütövlüyü  uğrunda  canlarından keçən şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra  Müstəqillik Gününə  həsr edilmiş sənədli film nümayiş etdirilib. Daha sonra tədbirin  bədii hissəsi başlayıb. Bədii hissədə  Ağdam rayon Güllücə kənd uşaq musiqi məktəbinin, Quzanlı qəsəbə tam orta məktəbinin, Qasımbəyli qəsəbə tam orta məktəbin, 18 saylı tam orta məktəbin, Bənövşələr kənd tam orta məktəbin və 3 saylı uşaq bağçasının şagirdləri tərəfindən mahnılar oxunub,  şeirlər söylənilib və rəqslər nümayiş etdirilib.

Tədbirin sonunda 18 saylı tam orta məktəbə Ağdam mədəniyyəti adından fəxri fərman verilib.

#AğcabədiRegionalMədəniyyətİdarəsi# Ağdam rayon  Mədəniyyət Mərkəzinin, #Əliağalıkəndmədəniyyətevi#

 

 

 

 

 

64 KB

 

68 KB

 

71.9 KB

 

101.1 KB

 

84.8 KB

 

84.2 KB

 

88 KB

 

83.2 KB

 

86.6 KB

 

74.3 KB

 

78.1 KB

 

133 KB

 

76.6 KB

 

74.2 KB

 

72.9 KB

 

77.8 KB

 

70.5 KB

 

74.1 KB

 

76.7 KB