Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın şəhər 1 nömrəli uşaq musiqi məktəbində ”Fəxr edirəm ki, mən azərbaycanlıyam!” adlı tədbir keçirilib

08.05.2023

8 may 2023-cü il  tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Əli Quliyev adına Laçın şəhər 1 nömrəli uşaq musiqi məktəbində  Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Fəxr edirəm ki, mən azərbaycanlıyam! " adlı tədbir keçirilib.

 Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra  Ümummilli Lider  Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verilib.

#AğcabədiRMİ #LaçınƏliQuliyev1saylımusiqiməktəbi #ÜmumilliLider #Dahişəxsiyyət  #Mədəniyyətəbağlıömür #HeydərƏliyev100

 

 

 

 

 

137.5 KB

 

145.4 KB

 

99.9 KB