Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanda Milli Kino günü” çərçivəsində cizgi filmləri nümayiş olunmuşdur.

23.10.2017

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "Azərbaycanda Milli Kino günü" çərçivəsində 23 oktyabr 2017-ci il tarixdə uşaqların iştirakı ilə cizgi filmləri nümayiş olunmuşdur. 
Cizgi film nümayişindən öncə balacalar mərkəzdə təşkil olunmuş kitab və jurnallardan ibarət “Sehirli Dünyanı Tanıyan Sevir!” adlı sərgi ilə tanış olmuşlar.
Sərgi ilə tanışlıqdan sonra uşaqlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Qızıl” və “Cəsur təyyarə” adlı cizgi filmlərini maraqla izləmişlər.
Növbəti film nümayişi 30 oktyabr 2017-ci il tarixdə təşkil ediləcəkdir.