Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi MKS Tarix-Diyarşünaslıq Muzeyi ilə birlikdə “Xocalı soyqırımı-27” başlıqlı tədbir təşkil edi

22.02.2019

Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində olan Ağcabədi MKS-də Azərbaycan Respublikası Prezidentinin “Xocalı Soyqrımının 27-ci ildönümü haqqında” 5 fevral 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı tədbirlər davam etdirilir.Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsi Tarix-Diyarşünaslıq Muzeyi ilə birlikdə tədbir təşkil edib. Tədbirdə “Xocalı soyqırımı-27” başlıqlı sərgi hazırlanıb. Sərgidə Xocalı soyqırımını əks etdirən kitablar, foto-şəkillər, elektron kitablar və soyqırım haqqında xronika nümayiş etdirilib. Sərgi tədbir iştirakçıları olan 5 saylı tam orta məktəbin müəllim və şagirdləri tərəfindən böyük maraqla qarşılanıb.