18.02.2019
Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində olan Ağcabədi rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi 18 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı şəhər 2 saylı tam orta məktəbin şagirdləri üçün “2019-cu il Nəsimi ilidir” başlığı altında kitab sərgisi təşkil ediblər. Oxuculara xidmət şöbəsinin müdiri İ.Musayeva Böyük söz ustası, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsimi yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verib. Sərgi şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.