Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi əməkdaşları tərəfindən şəhər məktəblərində mühazirələr davam etdirilir

28.03.2023

Mərkəzin bələdçisi Səbinə Mamedova tərəfindən 31 mart- Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar M.Aranlı adına 11 saylı tam orta məktəbində “Tariximizi Unutmayaq” adlı mühazirə oxundu. Məruzəçi 31 Mart soyqırımından ətraflı danışaraq bildirdi ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Diskussiya şəklində davam edən mühazirədə bir neçə “Gənc Heydərçi” xüsusi fəallığı ilə seçildi, məruzəçi tərəfindən həmçinin Ulu Öndər Heydər Əliyevin 100 iliyi ilə əlaqədar onun həyat və fəaliyyətindən də ətraflı məlumat verildi.

 

 

 

146.8 KB

 

119.5 KB

 

71.6 KB