Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədidə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib

17.03.2023

Ağcabədi rayon  Heydər Əliyev Meydanında xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib.Bayram şənliyində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları, həmçinin rayon mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov rayon mədəniyyət müəssisələri tərəfindən hazırlanan milli mətbəx nümunələrindən təşkil olunmuş bayram təamlarından ibarət süfrəyə baxış keçirmiş, kitablardan, muzey eksponatlarından və rəsm əsərlərindən ibarət sərgilərlə tanış olublar.Daha sonra  tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi məktəblərinin kollektivlərindən ibarət musiqiçilədən ibarət qrup tərəfindən nümayiş etdirilən bayram konsertinə həsr olunmuş proqramı ilə davam edib.

#Ağcabədi #mədəniyyət #Novruz #Bayram #AğcabədiRMİ

 

 

 

 

123 KB

 

113.3 KB

 

132.5 KB

 

134.3 KB

 

148.9 KB

 

140.8 KB

 

121.3 KB

 

133.4 KB

 

133.3 KB

 

156.4 KB

 

140.8 KB

 

129.5 KB

 

134 KB

 

149 KB

 

107.2 KB

 

112.6 KB

 

143.1 KB

 

143 KB

 

129.7 KB

 

129.7 KB

 

143.3 KB

 

144 KB

 

142.6 KB

 

136.7 KB

 

88.2 KB