Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyinin əməkdaşları Bayram tədbirində iştirak edib

17.03.2023

17 mart 2023 cü il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyinin kollektivi, Tərtər rayon Yeni qəsəbədə yerləşən Ağdam rayon 107 saylı köçkün ümumi orta məktəbinin müəllim və şagirdlərinin dəvəti ilə təşkil edilmiş,"Novruz bayramı" münasibətilə, keçirilən bayram tədbirində iştirak ediblər.Öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi Azərbaycanın Dövlət Himni səsləndirildi.Məktəbin direktoru Vəfadar Alıyev, məktəbin  müəllimi Elçin Nəzərov və Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyinin direktoru Sahib Məmmədov məktəblilərə, Novruz bayramı haqqında geniş məlumat verdilər,məktəbliləri və müəllimləri Novruz bayramı münasibətilə təbrik etdilər.Rahib Məmmədov adına Döyùş Şöhrəti muzeyi tərəfindən, 107 saylı köçkùn ùmumi  orta məktəbin direktoru Vəfadar Alıyevə təşəkkürnamə təqdim edildi.Məktəbin şagirdləri ,Novruz bayramı və vətənpərvərlik ruhunda şerlər söylədilər mahnılar oxudular.

 

126.5 KB

 

116.3 KB

 

123.5 KB

 

80.2 KB

 

97 KB

 

126.8 KB

 

88.8 KB

 

112.5 KB

 

114.3 KB

 

106.1 KB

 

113.2 KB