Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonunda “Vətən bağı al-əlvandır” layihəsi davam edir

27.02.2023

Ağcabədi rayonunda “Vətən bağı al-əlvandır” layihəsi davam edir. Azərbaycan  Respublikasının Gənclər Fondunun  dəstəyi ilə keçirilən "Vətən bağı al-əlvandır” Yaradıcılıq  Festivalı adlı fərdi layihəsinin seçim mərhələləri  davam edir.24 Fevral 2023-cü il tarixində  Agcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatciligi ilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində layihənin rəsm üzrə ikinci seçim mərhələsi kecirilmisdir.Tədbir Xocalı soyqırımının 31- ci il dönümü ərəfəsinde keçirildiyi üçün sərgidə Xocalı faciəsini əsk etdirən rəsmlərə xüsusi yer verilmişdir.Əvvəlcə Xocalı faciəsi qurbanlarının, eyni zamanda Azərbaycanın ərazi bütovlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Seçim mərhələsi zamanı münsiflər heyəti tərəfindən "Xudafərin körpüsü" rəsmi ilə Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin rəsm dərnəyinin tələbəsi " Xədicə Abbasova 1-ci yerin qalibi, Vətən müharibəsi şəhidi Məhəmməd Məmmədovun portreti ilə Ağcabədi Dövlət Rəsm Qaleriyasının üzvü Məryəm Novruzova 2-ci yerin qalibi, 1 saylı tam orta məktəbin tələbəsi ”Şuşa qalası" rəsmi ilə 3-cü yerin qalibi seçilib.

 

78.5 KB

 

96.8 KB

 

148.1 KB