08.02.2023
8 fevral 2023-cü ildə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qeys Əliyev adına Üçoğlan kənd Mədəniyyət evi və MKS-nın 6 nömrəli Səfərli kənd kitabxanası ilə birlikdə "Məğrur əsgər" adlı tədbir keçirilmişdir.Tədbirdə giriş sözü ilə Üçoğlan kənd Mədəniyyət evinin müdiri Cəfərova Sevda çıxış etdi. Qonaqları salamladı və Qeys Əliyev haqqında məlumat verdi.Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbir birinci Qarabağ müharibəsində şəhid olan Qeys Əliyev Qələndar oğlunun doğum gününə həsr edilmişdir.Qeys Əliyev 1973-cü il fevralın 8-də Ağdam rayonunun Üçoğlan sovetliyinin Böyükbəyli kəndində zəhmətkeş bir ailədə anadan olub.Orta məktəbi bitirən Qeys Əliyev 1990-cı ildə Gəncə Avtomexanika Texnikomuna daxil olur.1992-ci ildə oranı əla qiymətlərlə başa vurur.1992-ci ilin mayın 8-də Ağdam rayon komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır.Hərbi xidmətdə olduğu zaman Qeys Ağdərə uğrunda geden döyüşə yollanır.DRMBON,Poqosomer,Çldranın müdafiəsində iştirak edir. Döyüşdüyü batalyona ləzgi Maqommedov rəhbərlik edirdi.Qeys Mirovdağa 1993-cü ilin aprelində gedir.Qeys 1994-cü ilin fevralında Kəlbəcərə göndərilir.Yastı yol deyilən yerin müdafiəsi uğrunda mətinliklə vuruşan dəstənin önündə yenədə Qeys öz tankı ilə seçilirdi.1994-cü il fevralın 14-də Qeys və 5 nəfər dostu ilə birlikdə düşmənin atdığı top mərmisinin partlayışından öz tankında qəhrəmancasına həlak olur. 1994-cü ildə Ağdam rayon Üçoğlan kənd Mədəniyyət evinə qəhrəmanımız Qeys Əliyevin adı verildi.Fəxri fərmanlarla təltif olunan Qeysin qəhrəmanlığı tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazıldı.Allah şəhidlərimizə rəhmət eləsin.Tədbirdə Qeys Əliyev adına Üçoğlan kənd Mədəniyyət evinin kollektivi, Qiyaslı musiqi məktəbinin müəllimi,şəhid tədbirlərinin təşkilatçısı Qorxmaz Gülməmmədov, Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyinin direktoru Sahib Məmmədov, öz kollektivi ilə birlikdə, 6 nömrəli Səfərli kitabxanasının müdiri Sayad Hətəmova, şəhid qardaşları və ataları,Qeys Əliyevin qardaşları Azər və Xəyyam Əliyev, yaxın qohumu Gülnarə müəllimə, şair İlqar Boranoğlu, bədii rəhbər Məxmər Cəfərova, Üçoğlan kənd sakini Qardaşxan müəllim iştirak etdilər. Hər kəs Qeys Əliyevin və şəhidlərimiz haqqında məlumat verdilər. Tədbirin sonunda Üçoğlan kənd tam orta məktəbin şagirdləri Suqra Sadıqzadə və Aysun Sadıqzadə "Ağlama şəhid anası", "Bu zəfərin mübarəkdir ey vətən!" adlı şeirlərini söyləyiblər. Allah şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun!