13.02.2019
Ağcabədi Regional Mədəniyyət İdarəsi nəzdində fəaliyyət göstərən Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyinin əməkdaşları Tərtər rayonunun Qaraqoyunlu kəndində yaşayan Aşıq Pəri məclisinin üzvü olmuş şairə, el anası Nübar Mədətlini ziyarət etdilər. Görüş zamanı vaxtı ilə qəhrəmanın həyat və yaradıcılığını əks etdirən hadisələrdən söz açaraq yazıçılar ittifaqının üzvü, Aşıq Pəri məclisinin üzvü olmuş şairə, el anası Nübar Mədətlini geniş yaradıcılığı və faəliyyəti ziyarətə gələn qonaqların diqqətinə çatdırılmışdır. Şairə el anası Nübar Mədətli,“Qəribə talelər", “Qalxdın üzü Tərtər yuxarı", ”Min bir bayatı", “Bir xatirə qala məndən", “Məzarımin üstündən göyəren nəğmələrim" kitablarının müəllifidir. O milli qəhrəman Elman Hüseynovun xatirəsinə 1998-ci ildə Tərtər şəhərində Şəhidlər muzeyi yaradıb. Muzeyin direktoru Sahib Məmmədov və muzey əməkdaşları adından şairə anaya xatirə olaraq hədiyyə və gül buketləri təqdim edilmişdir.