Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Üçoğlan kənd mədəniyyət evində 2 Fevral Gənclər günü münasibətilə tədbir keçirilib

30.01.2023

30 Yanvar 2023-cü il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin Üçoğlan kənd mədəniyyət evi və MKS-nin 6 saylı Səfərli kənd kitabxanasının birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər günü münasibətilə tədbir keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin və Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Üçoğlan kənd mədəniyyət evinin müdiri Sevda Cəfərova,Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov,Ağdam Tarix Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov,Ağdam rayon Kiçikli kənd orta məktəbinin müəlliməsi İradə Cəfərli,Yusifcanlı kənd mədəniyyət evinin müdiri Alim Cəfərov MKS-nin 6 saylı Səfərli kənd kitabxanasının müdiri Sayad Cəfərova və Ağdam rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Yunis İbrahimov çıxış edərək son illərdə Azərbaycan Gəncliyinin böyük naliyətlər qazanmasından danışdılar.

 

 

137.3 KB

 

125.3 KB

 

135.6 KB

 

128.7 KB

 

111.8 KB

 

93 KB

 

127 KB

 

120 KB

 

115.4 KB

 

112 KB