Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda tədbir keçirilib

27.01.2023

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayon Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Azərbaycan gənclərinin bir fərd, əsl vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var.Tədbirdə mövzu ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib. Sonda Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kurs üzvlərinin rəsm əsərlərindən, əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

 

326.3 KB

 

299.6 KB

 

317.1 KB