Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Üçoğlan kənd mədəniyyət evində “Xalqımın qürurusan” adlı anım tədbiri keçirilib

27.01.2023

27 Yanvar 2023-cü il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Qeys Əliyev adına Üçoğlan kənd mədəniyyət evinin və MKS-nin 6 № li kənd kitabxanasının birgə təşkilatçılığı ilə şəhid Rahib Gülmalı oğlu Məmmədovun əziz xatirəsinə həsr olunmuş “Xalqımın qürurusan” adlı anım tədbiri keçirilib. Öncə Rahib Gülmalı oğlu Məmmədovun timsalında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə Üçoğlan kənd mədəniyyət evinin müdiri Sevda Cəfərova,Rahib Məmmədov adına döyüş şöhrəti muzeyinin direktoru Sahib Məmmədov,Tarix diyarşünaslıq  muzeyinin direktoru Ülvi Qədirov,Üçoğlan kənd mədəniyyət evinin bəsii qiraət dərnəyinin  rəhbəri şair İlqar Boranoğlu,Üçoğlan kənd mədəniyyət evinin bədii rəhbəri Məxmər Cəfərova və MKS-nin 6 № Səfərli kənd kitabxanasının müdiri Sayad Hətəmov çıxış edərək keçmiş Sovet dövründə şəhidlik zirvəsinə yüksəlmiş Rahib Məmmədovun Qəhramanlığından danışdılar. Tədbirin sonunda Üçoğlan kənd tam orta məktəbin  şagirdləri Suqra Sadıqzadə,Ayan Əzizzadə və  Zeynəb Məmmədova Qəhramana həsr edilmiş şeirlər söylədilər.

 

 

 

 

 

 

83.4 KB

 

85.1 KB

 

70.9 KB

 

86 KB

 

69.2 KB

 

82.7 KB

 

82.8 KB

 

82.5 KB

 

104.1 KB

 

50.8 KB

 

64 KB

 

71 KB

 

58.2 KB

 

76 KB

 

73.6 KB