Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubilieyi

13.11.2017

11 Noyabr, 2017-ci il tarixdə Ağcabədi rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubilieyi münasibətilə təntənəli ümumrayon tədbiri keçirilmişdir.  Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti rəhbərliyi, YAP Ağcabədi rayon təşkilatı, müəssisə, təşkilat rəhbərləri və onların kollektivləri, rayon ziyalıları iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin abidəsinin qarşısına tər çiçəklər düzərək Onun əziz xatirəsini yad etmişlər. Daha sonra tədbir “Qızıl Saray” şadlıq evində davam etdirilmişdir. Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlamışdır. Tədbirdə YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının Partiyanın yaranması və partiyanın keşdiyi yol və fəaliyyəti haqqında hazırlamış film-slayd nümayiş olnumuşdur. Daha sonra çıxış edən YAP Ağcabədi rayon Təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov və Millət vəkili, deputat Tahir Rzayev YAP-ın 24 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, YAP üzvlərini təbrik etmiş, onlara bundan sonrakı fəaliyyətlərində, Vətənimiz Azərbaycanın çiçəklənməsi yolunda atdıqları hər bir addımda uğurlar arzulamışlar. Çıxışlardan sonra bir qrup faəl partiya üzvləri Fəxri Fərmanlar və digər qiymətli hədiyyələrlə təftiş olunmuş, partiya sıralarına yeni qəbul olmuş insanlara üzvlük vəsiqələri təqdim olunmuşdur. Tədbirin bədii hissəsinə başlayan Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin musiqili kollektivi dövlətimizi, azadlığımızı, müstəqilliyimizi tərənnüm edən baxımlı, rəngarəng, əsl bayram əhval-ruhiyyəli konsert proqramı ilə çıxış etmişdir. Oxunan mahnılar, nümayiş olunan gözəl rəqs nümunələri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət kursunun üzvlərinin iştirakı ilə təqdim olunan “Bir yol gedir sabahıma” adlı şeir kompozisiyası da tədbir iştirakçıları tərəfindən maraqla və alqışlarla  qarşılanmışdır. Tədbir 2 saata yaxın davam etmişdir. YAP-ın yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən ümumrayon bayram tədbiri lentə alınaraq bir neçə telekanalın “Xəbərlər” blokunda yayımlanmışdır.