Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonunda “Bayraq Günü” tədbiri

09.11.2017

09 Noyabr, 2017-ci il tarixdə Ağcabədi rayonunda qürur Günümüz olan təntənəli “Bayraq Günü” tədbiri keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti  rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri və onların kollektivləri, Ağcabədi Pedaqoji kollecin tələbə heyəti və rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrdən əsgər və zabirlər iştirak etmişdir. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin adibəsi üzərinə tər çiçəklər düzərən Onun əziz xatirəsini yad etmişlər. Daha sonra tədbirin 2-ci hissəsi Y.Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkzində davam etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır. Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Ş.Məmmədov bayrağımız, müstəqilliyimiz, azadlığımız, həmçinin xalqımızın şərəfli tarixi səlnaməsindən ətraflı söhbət açmışdır. Natiqin çıxışından sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının hazırladığı “Bayrağımız” adlı film-slayd nümayiş olunmuşdur. Daha sonra tədbirin bədii hissəsi başlamışdır. Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin musiqili kollektivinin təqdim etdiyi rəngarəng, baxımlı, əsl bayram ovqatlı konsert proqramı, müğənnilərin Müstəqilliyimizi, azadlığımızı, dövlətimizi, Bayrağımızı tərənnüm edən şən mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Həmçinin Heydər Əliyev Mərkəzi nəzdində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii-qiraət” dərnəyinin üzvlərinin bayrağımız mövzusunda təqdim edikləri ədəbi-bədii şeir kompozisiyası da tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Sonda “Qarabağa qayıdış” adlı video-çarx təqdim olunmuşdur. Tədbir 2 saat davam etmişdir