Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar tədbir keçirilmişdir.

20.01.2019

20 Yanvar 2019-cu il tarixdə 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü münasibəti ilə Ağcabədi rayon, Taxtakörpü qəsəbəsində Şəhidlərin xatirə kompleksi qarşısında  geniş ümumrayon tədbiri keçirilmişdir. Mərasimdə faciə qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, şəhidlərin ruhuna dualar oxunmuş, şəhidlərin xatirə kompleksi önünə tər qərənfillər düzülmüşdür. Sonda faciəni özündə əks etdirən “20 Yanvar faciəsi rayon məktəblilərinin gözü ilə” rəsm əsərlərindən ibarət əl işləri nümayiş olunmuşdur.Daha sonra mədəniyyət işçiləri və rayon sakinlərinin iştirakı ilə Laçın rayon Mədəniyyət Mərkəzində və 1 saylı şəhər klubunda 20 Yanvar şəhidlərinə həsr olunmuş sənədli filmə baxış keçirilmişdir.Ağcabədi Regional Mədəniyyət İdarəsi, Laçın rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan klub müəssisələrində anım mərasimləri təşkil edilmiş,matəm musiqisi səsləndirilmişdir.