20.01.2019
19 Yanvar 2019-cu il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam Dövlət Rəsm Qalereyasının kollektivi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “20 yanvar –Qəhrəmanlıq salnaməsi” adlı dəyirmi masa təşkil edilib.İlk öncə Ağdam rayonunun girişində yerləşən Şəhidlər Abidə Kompleksini ziyarət edərək abidə önünə gül dəstələri qoymuş,daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edən Ağdam Dövlət Rəsm Qalereyasının direktoru Təbriz Baxşalıyev 20 Yanvar faciəsinin əsla unudulmadığını, bu qanlı hadisəyə səbəb olanların tarix qarşısında cavab verəcəklərini diqqətə çatdırıb.