19.01.2019
18.01.2019-cu il tarixdə 20 Yanvar Ümumxalq Hüzün günü ilə əlaqədar Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin Mərkəzi kitabxanasında “20 Yanvar Müstəqilliyə gedən yolda şərəf və qəhramanlıq tarixidir”adlı anım mərasimi keçirildi. 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Sevda Hüseynova bildirdiki Məmləkətimiz tarix boyu çox müsibətlərə, qanlı-qadalı hadisələrlə üzləşib. 1990-cı il Yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda Azərbaycan tarixinin ən qanlı hadisələrindən biri baş verdi. Rus sovet imperiyasının ağır hərbi texnika ilə silahlanmış ordusu dörd istiqamətdən şəhərə soxulub əliyalın dinc əhalini güllə borana tutdu.Ölkə rəhbərliyindən, şəxsən Mixail Qorbaçovdan xüsusi tapşırıq almış quduz hərbiçilər həmin gecə öz istiqlalı uğrunda ayağa qalxmış bir millətin azdlıq, müsdəqillik arzularını qan içində boğmağa çalışdılar.Onlar tapşırığı yerinə yetirdilər, əli yalın dinc əhalini tankların altına saldılar, cəsədlərini tanınmaz hala qoydular, amma xalqın iradəsini qıra bilmədilər. Mərkəzi kitabxananın İnformasiya Resurs şöbəsinin müdiri Bəhruz Aslanov çıxış ederık bildirdiki, Şəhidlik xalqımıza xas olan ən yüksək mənəvi-əxlaqi keyfiyyətdir. Tarix boyu qəhrəman oğul və qızlarımız Vətən və ən müqəddəs dəyərlər naminə vuruşmuş, bu yolda ölməyi, yəni şəhid olmağı şərəfsiz yaşamaqdan üsdün tutmuşlar. Analarımız tarix boyu körpələrinə süd verərkən “ya şəhid ol ya qazi” demişlər. Doğma torpağı qorumaq, ona sahib çıxmaq, onun uğrunda ölmək bu torpağın övladlarının məqsədi olmuşdur. Onlar nəsildən- nəsilə bu hikiməti əmanət vermişlər. Çıxışların sonunda Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Gündüz Allahverdiyev bildirdi ki, Prezidentimiz Cənab İlham Əliyevin sözləri ilə desək “ən ağır sınaqlara sinə gərmək əzmini nümayiş etdirən Azərbaycan övladları 1990-cı il Yanvarın 20-də xalqımızın qəhramanlıq səlnaməsinə parlaq səhifə yazdılar”.