Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon 45-saylı Nəmirli kənd kitabxanası, Göytəpə kənd kulubu və Ağdam rayon 87-saylı köçkün tam orta məktəbin birgə təşkil etdiyi bayram tədbiri keçirildi

27.12.2018

27 dekabr 2018-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam  rayon 45-saylı Nəmirli kənd kitabxanası, Göytəpə kənd kulubu və Ağdam rayon  87-saylı köçkün tam orta məktəbin birgə təşkil etdiyi Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə bayram tədbiri keçirildi.Tədbir  Azərbaycan  Dövlət himninin səsləndirilməsi ilə başlandı. Tədbir iştirakçıları Azərbaycan tarixinin ən dəyərli bayramlarından biri olan həmrəylik gününün  tarixindən danışaraq bu gün xalqımızın  təşəkkülündə inkişafında və formalaşmasında birləşmə birlik ideyalarının mənəvi əsasını qoyan bir bayram olduğunu dedilər.Məhs Ulu Öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə aldığını və dekabrın 31 nin  Dünya Azərbaycanlıların  həmrəylik günü elan edildiyini deyən tədbir iştirakçıları növbəti dövürdə bu bayramın ümumxalq  bayramına  çevirildiyini qeyd etdilər.Tədbirə həsr olunmuş səhnəciklər nümayiş etdirildi . Şeirlər və mahnılar səsləndirildi.