Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirib

28.12.2018

Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən "Yeni il, yeni arzular" başlığı altında şəhər 2 saylı tam orta məktəbin II q sinfinin şagirdləri arasında tədbir keçirib. Uşaq şöbəsinin işçiləri Yeni ilin dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi Azərbaycanda da insanların məişətinə daxil olduğunu bildirib, həmrəylik gününün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaqda, onlar arasında birlik yaratmaqda mühüm rol oynadığını vurğulayıblar. Sonra uşaqlar yolkanın ətrafında şerlər söyləyib, mahnı oxuyub səhnəciklər nümayiş etdiriblər.