Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon MKS- in 35 saylı Mərzili kənd kitabxanası ”Bir olaq, həmrəy olaq”adlı yeni il şənliyi təşkil etdi

26.12.2018

26.12.2018-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS- in 35 saylı Mərzili kənd kitabxanası "Bir olaq, həmrəy olaq"adlı yeni il şənliyi təşkil etmişdir.Şənlikdə çıxış edən kitabxana müdiri R.Məmmədova tədbir iştirakçıların salamlayaraq 31 dekabr Dünya Azərbaycanlilarının həmrəylik və yeni il bayramı münasibətilə bütün iştirakçıları təbrik etmiş ,işlərində uğurlar arzu etmişdir.Tədbirdə Dördyol 2 məktəb kollektivi və Güllücə Mədəniyyət evidə yaxından iştirak etmişdir. Sonda tədbir iştirakçıları kitabxana işçilərininDünya Azərbaycanlılarının həmrəylik gününə həsr etdikləri kitab sərgisi ilə tanış olmuşlar.