Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon MKS-in 45 saylı Nəmirli kənd kitabxanasının və Göytəpə kənd kulubunun təşkilatçılığı ilə ”Mən bu cahana sığmazam” adlı tədbir keçirildi.

14.12.2018

14.12.2018-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-in 45 saylı Nəmirli kənd kitabxanasının və Göytəpə kənd kulubunun təşkilatçılığı ilə  Azərbaycan Respublikası Prezidentinin Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubleyinin qeyd edilməsi haqqında 15 noyabr 2018-ci il tarixli sərancamını və mütəmadi tədbirlərin keçirilməsi ilə bağlı Mədəniyyət Nazirliyinin göstərişlərini əsas tutaraq  "Mən bu cahana sığmazam" adlı tədbir keçirildi.Tədbir iştirakçıları əvvəlcə şairə həsr edilmiş fotostendlə və videoçarxla tanış oldular.Mütəfəkkir şairin həyat və yaradıcılığına dair çıxışlar dinlənildi. Məktəblilər tərəfindən hazırlanmış kompazisiyalar və qəzəllər təqdim olundu.