Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sulduz Nəsibov adına Güllücə kənd Mədəniyyət Evində “Bir olaq-həmrəy olaq” adlı ədəbi-bədii tədbir keçirildi.

26.12.2018

26 dekabr 2018-ci ildə ağcabədi Regional Mədəniyət İdaəsinin Ağdam rayonu üzrə Sulduz Nəsibov adına Güllücə kənd Mədəniyyət Evində Mərzili kənd kitabxanası və İkinci Dördyol qəsəbə orta məktəbi ilə birlikdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İlə həsr olunmuş “Bir olaq-həmrəy olaq” adlı  ədəbi-bədii tədbir keçirildi. Tədbirin ədəbi hissəsində orta məktəbin direktoru Gülmirə Məmmədova və əməkdar müəllim Əsgər Mehdiyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında məlumatlar verdilər. Çıxışçılar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününun təsis edilməsində və həmrəyliyimizin möhkəmləndirilməsində Ulu Öndər H. Əliyevin xidmətlərindən, Möhtərəm Prezidentimiz İ.Əliyevin bu işə diqqət və qayğısından danışdılar. Sonra məktəb direktoru təhsildə fərqlənən müəllim və şagirdlərə fəxri-fərmanlar təqdim etdi. Tədbirin bədii hissəsində şagirdlər Güllücə kənd Mədəniyyət Evi və Mərzili kənd kitabxanasının birlikdə təşkil etdikləri kitab, təsvirisənət və xalq sənəti guşələrinə tamaşa etdilər. Mədəniyyət Evində fəaliyyət göstərən özfəaliyyət dərnəklərinin ifasında rəqslər, şerlər, mahnılar səsləndi. Orta məktəbin şagirdlərinin ifasında dünya xalqlarının rəqslərindən ibarət nümunələr göstərildi. Şaxta Baba və Qar Qız məktəbliləri təbrik etdilər. Tədbir bütün iştirakçıların  bəzədilmiş yolka ağacı ətrafında kollektiv rəqsləri ilə başa çatdı.