Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin Mərkəzi kitabxanasında Yeni il şənliyi keçirilmişdir

25.12.2018

25.12.2018-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin Mərkəzi kitabxanasında Yeni il şənliyi keçirilmişdir.Tədbiri giriş sözü ilə MKS-nin direktoru S.Hüseynova açaraq Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə qonaqları və uşaqları təbrik elədi və çıxışının sonunda bildirdi ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağını əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə , 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlıların Həmrəylik Günü kimi qeyd edilir. Tədbirin sonunda "Qış nağılı" adlı sərgiyə baxış keçirildi.