Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət İdarəsinin seminar müşavirəsi keçirildi

26.12.2018

26 Dekabr, 2018-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələri, klub filialları və Mərkəzi Kitabxana Sistemi  kollektivi və kitabxana filiallarının iştirakı ilə seminar müşavirə keçirilmişdir. Seminar müşavirədə çıxış edənlər -  Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzinin direktoru Məzahir Mehtiyev, MKS-nin direktoru Məhəbbət Əliyeva və Ağcabədi Regional Mədəniyyət İdarəsinin məsləhətçisi  Azər Əliyev başa çatan 2018-ci ildə Regional Mədəniyyət İdarəsini əhatə edən mədəniyyət müəssisələri  üzrə görülmüş işlər haqqında hesabat xarakterli mövzular ətrafında danışmış və qarşıdan gələn yeni ildə qarşıda duran  və nəzərdə tutulan mühüm işlər barədə müəyyən metodiki göstərişlər, həmçinin  tapşırıq və tövsiyyələrini vermişlər.  Seminar müşavirə 2 saata yaxın davam etmişdir.