Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayonu Qiyaslı kənd uşaq musiqi məktəbi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış etmişdir.

22.12.2018

Ağcabədi  Regional  Mədəniyyət  İdarəsinin Ağdam rayonu Qiyaslı  kənd uşaq musiqi məktəbinin “Qarabağ təranələri” ansamblı 22 dekabr 2018 –ci il tarixdə “İrəli ictimai birliyi” təşkilatı ilə birlikdə “N” saylı hərbi hissəsində geniş konsert proqramı ilə çıxış etmişdir. Konsertdə məktəbin qarmon müəllimi Məmmədov Namiq aslan oğlu “Dilşadı” rəqsi,saz müəllimi Talıbov Sadiq “Baş Sarıtel”, qarmon müəllimi Əzizov Aqil,Əsədov Xalid ,Mehdiyev Amil Rzayev Semur Qorxmaz Qarabağlı və Elnur Sadıqov  rəngarəng musiqi nömrələri ilə çıxış etmişlər.Birliyin əməktaşları əsgərlərə saat və Fəxri fərmanlar təqdim edərək özlərinin yubiley tortunu əsgər və zabitlərlə birlikdə kəsmişdir, onlarla rəqs etmiş və onların asudə vaxtlarının maraqlı keçməsi üçün onların özləri ilə müəyyən diskusiyalar keçirmişlər.“N”saylı hərbi hissənin komandanlığı iştirakçılara öz minnətdarlıqların bildirərək hərbi hissənin fəxri fərmanını “İrəli ictimai birliyi” nə və Qiyaslı kənd uşaq musiqi məktəbinə təqdim etmişdir.