Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon MKS-nin Mərkəzi kitabxanasında “Xalqa Həsr Edilmiş Ömür” başlığı altında anım mərasimi keçirilmişdir

12.12.2018

10.12.2018-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayon MKS-nin Mərkəzi kitabxanasının xidmət şöbəsində 18 saylı məktəbin müəllim və şagirdlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Xalqa Həsr Edilmiş Ömür” başlığı  altında anım mərasimi keçirilmişdir.Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Tədbiri giriş sözü ilə MKS-nin direktoru S.Hüseynova açaraq bildirdiki cəmiyyətin və zamanın fövqünə ucalan , yüksək amallara sadiq, polad iradəli, möhkəm əqidəli insanlar tarixin yaddaşında əbədi yaşayırlar . Azərbaycanın çağdaş tarixi böyük dövlət xadimi, dünya şöhrətli siyasətçi , mahir diplomat ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Xalqımız qürur duyur ki, o , Azərbaycan dövlətinin qurucusu, dünyanın ən böyük şəxsiyyətlərindəndir. Yer kürəsinin ən görkəmli dövlət və siyasət xadimləri, diplomatları və mütəfəkkirləri onun fəaliyyətini, fenomenal yaddaş və bacarığını, vətənsevərliyini , milli təəssübkeşliyini və digər ali kefiyətlərini təqdir etmişlər.Xidmət şöbəsinin böyük kitabxanaçısı S.Əbilova çıxış edərək Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı və Qurtuluş mübarizəsinin qalibidir . Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində xalqımız üçün misilsiz xidmətlər göstərib . Az vaxt içərisində əldə edilən böyuk nailiyyətlər Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurla həyata keçirməsi nəticəsində olmuşdur.Sonra 18 saylı məktəbin müəllimi Z.Quluyev çıxış edərək bildirdiki Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib.Məhz bu dahi insanin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə ,inkişafa,tərəqqiyə qədəm qoydu.O,bütün həyatını doğma xalqına sərf edən,milli dövlətçiliyin əsasını qoyan dahi lider idi .Bu qurucu insan Azərbaycan xaqının yaddaşında qurucu və xilaskar dövlət xadimi ,milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır .    Sonda tədbir iştirakçıları Umummilli liderin heyatı və fəaliyyətinin müxtəlif sahələrini əhatə edən geniş kitab sərgisi ilə tanış olmuşlar.