Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə seminar müşavirəsi keçirilib

29.11.2018

28 noyabr 2018-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzində Ağcabədi rayon kitabxana və klub müəsisələrinin seminar müşavirəsi keçirilib. Ay ərzində görülmüş işlər haqqında Mədəniyyət Mərkəzinin direktoru Məzahir Mehdiyev, MKS-in direktoru Məhəbbət Əliyeva məlumat verdi. Seminar müşavirədə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev iştirak etmişdir. O, mədəniyyət müəssisələri qarşısında duran vəzifələr barədə danışıb, görülmüş işlərə öz münasibətini bildirib və cari aylarda işlərin daha yaxşı davam etməsi üçün tövsiyə və tapşırıqlarını verdi.