Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon MKS-nin 29 saylı II Quzanlı qəsəbə kitabxanası Əhməd Cavadın 130- illik yubleyi münasibətilə tədbir keçirib

11.05.2022

11 May 2022-ci il tarixdə Ağcəbədi Regional Mədəniyyət İdarəsi Ağdam  rayon MKS-nin 29 saylı II Quzanlı qəsəbə kitabxanasının təşkilatçılığı ilə Quzanlı qəsəbə Mədəniyyət evində Əhməd Cavadın 130  illik yubleyi münasibətilə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Ağdam rayon Dram Teatrının  aktyoru Əhmədov Anar izləyiciləri salamladıqdan sonra şəhidlərimizin əziz xatirəsini  bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Daha sonra Əhməd Cavad haqqında tədbir iştirakçılarına ətiraflı  məlumat  verdi.Tədbirdə Əhməd Cavadın sözlərinə bəstələnmiş mahnılar və şeirlər səsləndirildi.Tədbiri Qiyaslı Uşaq Musiqi məktəbinin "Qızılgül Xor kollektivi" Azərbaycan Himni ilə açdı,daha sonra,Qiyaslı Uşaq Musiqi məktəbinin müəllimi Rzayev Seymur,Ağdam musiqi kollecinin müəllimləri Ülvü və Hüseyn Allahverdiyevlər,tələbəsi Nəcəfzadə Ömərin  müşayiəti ilə "Can Azərbaycan" Həsənova Şəhanə, "Çırpınırdı Qara Dəniz" Məmmədova Zəkiyyə və "Dilkeş" mahnısını və muğamını oxudular.Ağdam Musiqi Kollecinin xanəndə şöbəsinin IV kurs tələbəsi,Təhsil Nazirliyinin Ulu öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş "Sən Elə Bir Zirvəsən" adlı müsabiqənin iştirakçısı Vüsalzadə Eldəniz ifa etdi,növbəti çıxışlarda Quzanlı qəsəbə tam orta məktəbinin  şagirdiləri Abdullayev Cəlal,Əliyev Seyhun,Məmmədli Nuray,İbrahimli Rəvanə,Məmmədli Zeynəb, Əhməd Cavada aid şeirlər səsləndirdilər,İsmayılzadə Hüseyn və Hacızadə Mələk isə Üzümçülər rəqsini ifa etdilər.Sonda kitabxananın müdiri Davudova Səbinə və kitabxanaçısı Bəşirova Xumar iştirakçılara və tamaşıçılara təşəkkür edib tədbiri sonlandırdılar.

 

69.8 KB

 

75.2 KB

 

81.8 KB

 

58.1 KB

 

60.9 KB

 

67.7 KB

 

66.9 KB

 

63.3 KB

 

61.4 KB

 

78.8 KB

 

68.2 KB

 

63.6 KB

 

65.5 KB

 

53.2 KB