Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmamqulubəyli kənd klubu və kitabxana filialı birlikdə ”Vətən mənə oğul desə nə dərdim” adlı tədbir təşkil etdi

16.10.2018

16 oktyabr 2018-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon İmamqulubəyli kənd klubu və kitabxana filialı birlikdə  "Vətən mənə oğul desə nə dərdim" adlı tədbir təşkil etdi.Məmməd Arazın 85 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə İmamqulubəyli kənd klubunda şairin həyat ve yaradıcılığına aid sərgi təşkil edildi. Tədbir İmamqulubəyli kənd  Kərimov Sadiq adına orta mektəbində  keçirildi.9-cu sinifin ədəbiyyat dərsində uşaqlarla bu barədə sorğular  aparıldı ,şairin həyat və yaradıcılığından danışıldı.Uşaqlar şairin şerlərindən  ibarət misralar səsləndirdilər. 1 saatlıq tədbir "Yanın işıqlarım" şeri ilə yekunlaşdı.