Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

zərbaycan Ordu sıralarına yolasalma mərasimi keçirilmişdir.

09.10.2018

09 Oktyabr, 2018-ci il tarixdə Ağcabədi rayonunda 70-ə yaxın gənc çağırışçıların Azərbaycan Ordu sıralarına yolasalma mərasimi keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başıçısı və İcra aparatı kollektivi, Ağcabədi rayon Hərbi Komissarlığı kollektivi, rayon ziyalıları, gənc çağırışçılar, onların valideynləri və rayon ərazisində yerləşən “N” saylı hərbi hissədən tədbirə dəvət olunmuş bir qrup əsgər və zabitlər iştirak etmişlər. Heydər Əliyev Meydanında baş tutmuşdur. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsinin üzərinə tər çiçəklər, güllər düzərək Onun xatirəsini ehtiramla yad etmişlər. Azərbaycan Respublikasının Dövlət Himninın səslənməsi ilə başlanan mərasim Heydər Əliyev Meydanında baş tutmuşdur. Tədbirdə çıxış edənlər -  Ağcabədi rayon İcra Hakimiyyətinin Başçıcı cənab Şahin Məmmədov, Ağcabədi rayon Hərbi Komissarı, polkovnik-leytenant Ruslan İsmayılov, YAP Ağcabədi rayon təşəkilatının əməkdaşı, Qarabağ Müharibəsi veteranı Ramil Nağıyev tədbir iştirakçılarını və gənc çağırışçıları salamlamış, onların valideylərini təbrik etmiş, gənc əsgərlərə tövsiyyələr, xeyir-dualar vermişlər. Daha sonra çıxış edən iki nəfər gənc çağırışçı da son damla qanlarına qədər Vətənə sadiq qalacaqlarına, əsl kişilik məktəbi olan həqiqi hərbi xidməti alnıaçıq, üzüag başa vuracaqlarına and içdilər. Əlamətdar tədbir münasibətilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi Məktəbinin musiqili kollektivinin ifasında səslənən musiqilər tədbirə xoş əhval-ruhuyyə qatdı. Üzeyir Hacıbəyli adına Şəhər Uşaq İncəsənət Məktəbinin rəqs kollektivlərinin nümayiş etdirdikləri baxımlı rəqs nömrələri, müğənnilərdən – Həvva Əmrahova, Cavanşir Əliyev, Amaliya Şahverdiyeva və Zülfiyyə Yusifovanın oxuduqları şən, bayram əhvallı mahnılar tədbirə əlavə gözəllik qatmış oldu. Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “bədii-qiraət” kursunun üzvlərinin də “Azərbaycan əsgəri və Azərbaycan!” adlı şeir kompozisiyaları maraqla qarşılanan ifalardan oldu. Sonda gənc çağırışçılar Dövlər Bayrağımızı öpərək Vətənimizə və üçrəngli bayrağımıza sədaqət andı içdilər.