Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonunda “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir

04.10.2018

04 Oktyabr, 2018-ci il tarixdə Ağcabədi rayonunda “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı və onun aparatı, rayon ziyalıları, rayonun tanınmış müəllimləri, pedadqoqları iştirak etmişlər. Rayon ictimaiyyəti ilk öncə Ulu Öndər Heydər Əliyevin adibəsi  üzərinə tər çiçəklər düzərək Onun əziz xatirəsini yad etmişlər. Daha sonra tədbir “Qızıl Saray” şadlıq evində davam etmişdir. Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlamışdır. Daha sonra tədbir iştirakçılarına Ağcabədili müəllimlərinin həyat və fəaliyyətindən bəhs edən film-slayd  təqdim olunmuşdur. Tədbirdə təbrik nitqi ilə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov və Ağcabədi rayon Təhsil şöbəsinin müdiri İsmayıl  Həsənov əlamətdar bayram münasibətilə rayonun müəllim-pedaqoq heyətini təbrik etmiş, onlara yeni tədris-dərs ilində uğurlar arzulamışlar. Çıxışlardan sonra işlərindəki səmərəli və aktiv fəaliyyətə görə bir qrup müəllim Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının  Fəxri Fərmanları və digər qiymətli hədiyyələri ilə  təltif olunmuşlar. Tədbirin bədii hissəsinə başlayan Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi Məktəbinin musiqili kollektivi  əsl bayram abu-havalı konsert proqramı ilə çıxışlar etmişlər. Üzeyir Hacıbəyli adına Şəhər Uşaq İncəsənət Məktəbinin birləşmiş rəqs kollektivlərinin təqdim etdiyi gözəl rəqs nömrələri, müğənnilərdən – Həvva Əmrahova, Amaliya Şahverdiyeva, Tağı Salehoğlu, aşıq Familə Göyçəlinin və Qarabağ Muğam Mərkəzinin yetirmələri olan Tural Niftəliyev, Nəcibə Məmmədovanın oxuduqları mahnılar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. İki saata yaxın davam edən musiqili bayram tədbiri dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqili komediyalarından seçilmiş rəqs nümunələri ilə sona çatmışdır.