Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yeni Qaradolaq kənd orta məktəbdə ”Yaşasın yer üzündə sülh!” başlığı altında tədbir keçirmişdir

21.09.2018

Ağcabədi rayon MKS-inin Yeni Qaradolaq kənd kitabxana filialı 21 sentyabr Beynəlxalq Sülh günü münasibətilə Yeni Qaradolaq kənd orta məktəbdə "Yaşasın yer üzündə sülh!" başlığı altında tədbir keçirmişdir.Kitabxananın müdiri Güləbətin Təhməzova  tədbiri açaraq qonaqları salamladı, 1982-ci ildən bəri bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verdi. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində yəni, 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyi  və bu aylıq çərçivəsində müxtəlif marrifləndirmə tədbirləri təşkil olunduğunu qeyd etdi.Uşaqlar sülhən həsr olunmuş şerlər söylədilər. Dahilərin sülh haqqında fikirləri səsləndirildi.Tədbirin sonunda xatirə şəkli çəkdirildi.