Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Sülh Günü münasibəti ilə “Dünyanı sülhə səsləyək” adı altında dəyirmi masa

21.09.2018

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin Mərkəzi kitabxanasında 21 sentyabr 2018-ci il tarixdə Beynəlxalq Sülh Günü münasibəti ilə “Dünyanı sülhə səsləyək” adı altında dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın  direktoru Sevda Hüseynova açıb bildirdii ki, BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə 21 sentyabr bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində "Peace one day"i yaratmışdı. Onun əsas məqsədi heç olmasa ildə bircə gün atəşkəs, bütün dünyada insan zorakılığının baş verməsinin qarşısının alınması idi. 21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə edilməsinə nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 sentyabr bütün bəşəriyyət üçün çox vacibdir.Kitabxananın xidmət şöbə müdiri Gündüz Allahverdiyev çıxışında qeyd etdi ki, əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının iyirmi faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Uzun illər ərzində Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atmasına baxmayaraq Ermənistanın ölkəmizə qarşı təcavüzü hələ də davam edir.Kitabxananın əməkdaşları Səbinə Xəlilova, Ayşən Məmmədova, Kəmalə Fərəcova, Tünzalə Ələkbərova çıxışlarında bildirdilər ki, Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır – Sülh! Bu sözün böyük mənası qanlı müharibələrin bütün iztirab və ağırlıqlarını görmüş insanlar üçün əzizdir, qiymətlidir. Dərisinin rəngindən, dini etiqadlarından asılı olmayaraq, yüz milyonlarla insan sülhü qorumaq, yeni qanlı müharibələrin qabağını almaq üçün birləşməlidir.