Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümü münasibətilə mühazirə xarakterli tədbir keçirilib

18.09.2018

18 sentyabr 2018 –ci il tarixdə Ağcabədi Rayon Tarix –Diyarşunaslıq muzeyində Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü  ildönümü münasibətilə mühazirə xarakterli tədbir keçirilib.18 sentyabr-Milli Musiqi Günü və Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəyovun anadan olmasının 133 illiyi ilə əlaqədar tədbirlər planı hazırlanmışdır.

Tarix-Diyarşunaslıq  muzeyində təşkil olunan tədbirdə muzeyin əməkdaşları və Ağcabədi şəhər 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. Əvvəlcə şagirdlər Ü.Hacıbəyovun xatirəsini anmaq üçün onun heykəli qarşısında gülqoymada iştirak ediblər. Sonra muzeyin foyesində dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş kitablardan və rəsmlərdən ibarət sərgi tanış olublar. Daha sonra muzeyin konfrans zalında Ü.Hacıbəyova həsr olunmuş mühazirə oxunulub.Tədbir dahi bəstəkarın bəstələdiyi Azərbaycan Respublikasının himni səsləndirilərək aşılış elan edilib.Tədbiri açıq elan edən muzeyin direktoru Sadiq Əliyev Azərbaycan musiqisinin tarixi, Milli Musiqi Günü, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat verib. Muzeyin elmi işçisi Arzu İsgəndərova çıxış edərək bildirilib ki, milli mədəniyyətə daim böyük diqqət ayıran ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildən başlayaraq, Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin ad günü – sentyabrın 18-i ölkədə Milli Musiqi Günü kimi qeyd edilir. Milli musiqimizin dərin köklərə söykəndiyi, Üzeyir Hacıbəylinin Azərbaycan musiqinin inkişafında əvəzsiz rol oynadığı şagirdlərin diqqətinə çatdırıb. Ağcabədi şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova çıxış edərək dahi bəstəkarın, Şərqdə ilk operanın banisi, eyni zamanda, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xidmətlərindən danışılıb.Təşkil olunan tədbirdə şagirlərlə dəyirmi masa ətrafında Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında diskussiya aparılıb.Diskusiya zamanı məktəblilər Üzeyir Hacıbəyovun  bəstələdiyi musiqiləri səsləniriblər və şerlər söyləyiblər.

Sonra şagirdlər Ü.Hacıbəylinin hayatı aid videoroliki izləyiblər.Sonda şagirdlər Tarix –Diyarşunaslıq  muzeyi ilə tanış olublar və xatirə şəkili çəkilib.