Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıbədəlli kənd uşaq musiqi məktəbində milli musiqi günü münasibəti ilə tədbir keçirildi

21.09.2018

21 sentyabr 2018 ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayonunu əhatə edən   Hacıbədəlli kənd uşaq musiqi məktəbində  milli musiqi günü və Üzeyir Hacıbəyli adına 10-cu beynəlxalq musiqi festivalı münasibəti ilə bayram tədbiri  keçirildi. Bayram tədbirində Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev,kənd ziyalıları , kənd icra nümayəndəsi ,məktəbin müəllim və şagird kollektivi  iştirak edirdi. Tədbirdə  giriş sözü ilə çıxış edən Rza Quluyev cənabları  dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığını tam əhatə edən  nitq söylədi. Daha sonra  Azərbaycan respublikasının dövlət himni səsləndi. Bayram tədbirində  dahi bəstəkarın əsərlərindən  Leyli və Məcnun  operasından 1-cı Pərdə , Arşın mal alan operasından Əsgərin  ariyası və Asiyanın ariyası  ,Qızların  arşınmalçı ilə rəqsi , O olmasın  bu olsun  musiqili komediyasında  Rüstəm bəylə Məşədi  İbadın dueti ,məktəbi şagirdlərinin ifasında  bəstəkarın bir sıra digər  əsərləri  səsləndi. Tədbir 2 saat davam etdi.