Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon MKS -nin Mərkəzi kitabxanasında ”Milli Musiqi Günü ” adlı sərgi təşkil edildi

18.09.2018

18.09.2018- il tarixində Ağcəbədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS -nin Mərkəzi kitabxanasında Azərbaycan xalqının dahi oğlu,musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günü və Milli Musiqi günü ilə əlaqədar "Milli Musiqi Günü " adlı sərgi təşkil edildi və"Musiqi Ruhun Qidasıdır"adlı tədbir keçirildi. Tədbirdə Mərkəzi kitabxananın oxu zalının müdiri Ələkbərova Tünzalə çıxış etdi. O  bildirdi ki,  Sentyabrın 18-də Azərbaycan xalqının dahi bəstəkarı,  musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. Həmin gün,  sadəcə musiqi sevərlərin yox, həmdə xalqımızın bayramıdır. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. 1995- ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın " Milli Musiqi Günü" kimi qeyd olunması qərara alınmışdır.Çünki milli musiqimiz Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olan Üzeyir Hacıbəyli, onun yadigar qoyduğu zəngin irsinə borcludur.  "Milli Musiqi Günü" adı altında təşkil edilən kitab sərgisi oxucuların böyük marağına səbəb olmuşdur. Sərgidə Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi,  Cövdət Hacıyev və digər bəstəkarların əsərlərindən ibarət kitab və not yazıları yer almışdır. Oxucular kitab sərgisinə maraqla baxış keçirmiş, öz rəylərini Azərbaycan musiqisinin dünəninə, bu gününə olan münasibətlərini bildirmişlər.