Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbində “Üzeyir Hacıbəyli – X Beynəlxalq Musiqi Festivalı” çərçivəsində tədbir keçirilmişdir.

18.09.2018

Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında”  1995-ci il 18 Sentyabr tarixli Fərmanına uyğun olaraq hər il Sentyabr ayının 18-də ənənəvi olaraq “Üzeyir Musiqi Günü” keçirilir. Üzeyir Musiqi Günü münasibətilə respublikanın demək olar ki bütün mədəni-maarif ocaqlarında, musiqi mərkəzlərində bir çox konsertlər, tədbirlər keçirilir, sərgilər təşkil olunur.18 Sentyabr, 2018-ci il tarixdə “Üzeyir Hacıbəyli – X Beynəlxalq  Musiqi Festivalı” çərçivəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu doğma Ağcabədi rayonunda da müəyyən olunmuş tədbirlər planına əsasən silsilə tədbirlər, bəstəkarın əsərlərindən ibarət konsert proqramları təşkil olunmuşdur. Bununla yanaşı Ağcabədi Regional Mədəniyyət İradəsinin tabeliyində olan mədəniyyət müəssisələrində bəstəkatın foto-şəkillərindən, bəstəkara ithaf olunmuş kitab, jurnal və qəzet materiallarından ibarət geniş foto-stendlər və sərgilər təşkil olunmuşdur.  İlk musiqili tədbir bəstəkarın adını daşıyan Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbində keçirilmişdir. Tədbir saat 15-00 – da başlamışdır. Tədbir iştirakçıları ilk öncə İncəsənət məktəbinin qarşısında yerləşən Üzeyir bəyin abidəsinin qarşısına tər çiçəklər düzərək dahi bəstəkarın xatirəsini yad etmişlər. Tədbirin bədii hissəsi İncəsənət Məktəbinin konsert zalında baş tutmuşdur. Tədbirdə çıxış edən Ağcabədi Regional Mədəniyyət İradəsinin rəisi Rza Quliyev və Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Təyyar Hacıyev Üzeyir musiqisinin, Üzeyir sənətinin ucalığından, bu musiqinin humanist bəşəri ideyalara xidmətindən, bəstəkarın yaradıcılığının ölməzliyindən geniş söz açaraq 18 Sentyabr - “Milli Musiqi Günü” münasibətilə tədbir iştirakçılarını təbrik etmişlər. Tədbirin musiqili bədii hissəsinə başlayan İncəsənət məktəbinin birləşmiş rəqs kollektivləri “Arşın mal alan” liberettosundan və “O olmasın, bu olsun” musiqili komediyasından baxımlı, maraqlı rəqs nömrələri ilə tamaşaçıların sürəkli alqışlarını qazanmışlar. Bundan başqa İncəsənət məktəbinin səs müəllimləri Həvva Əmrahova, Bəhruz Usubovun və digər müəllimlərin ifasında bəstəkarın romans və mahnılarını səsləndirmişlər. Maraqlı və məzmunlu keçən konsert proqramı 2 saat davam etmişdir.