Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bakı şəhərinin işğaldan azad olunmasının 100 illiyilə bağlı geniş tədbirlər keçirilmişdir.

14.09.2018

14.09.2018-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən  Ağcabədi, Ağdam və Laçın rayonlarında Azərbaycan Xalq Cümhuriyyətinin və Bakı şəhərinin  işğaldan azad olunmasının 100 illiyilə bağlı geniş tədbirlər keçirilmişdir.       Ağcabədi rayon Tarix-Diyarşünaslıq muzeyində təşkil olunmuş tədbiri ilk olaraq  Regional İdarənin rəisi Rza Quluyev giriş nitqi ilə  açaraq  15 sentyabr Bakı şəhərinin bolşevik-daşnaqlardan azad olunmasının tarixi əhəmiyyətindən ətraflı olaraq tədbir iştirakçılarına məlumat vermişdir.Daha sonar tədbirdə çıxış edən Regional İdarənin məsləhətçisi Ədil Həsənov, MKS-in direktoru Məhəbbət Əliyeva, müavini Təranə Məmmədova və Tarix-Diyarşünaslıq muzeyinin direktoru Sadiq Əliyev çıxış edərək 15 sentyabr, Bakı şəhərinin azad olunmasının 100 illiyindən bəhs edərək tədbir iştirakçılarına geniş məlumatlar vermişlər.

 Həmçinin Regional İdarəyə daxil olan Laçın və Ağdam rayonlarında da mədəniyyət müəssisələrinin işçilərinin iştirakı ilə 15 sentyabr Bakı şəhərinin bolşevik-daşnaqlardan azad olunmasının 100 illiyi ilə əlaqədar geniş tədbirlər keçirilmişdir. Həmin rayonlarda keçirilən tədbirlərdə rayon nümayəndəliyi, Regional İdarənin və yerli icra hakimiyyəti orqanının  məsul şəxsləri iştirak etmiş və tədbir iştirakçılarına Bakı şəhərinin işğaldan azad olunmasının tarixi əhəmiyyətindən ətraflı bəhs etmişlər.