Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon MKS-də “Yay məktəbi” tədbir təşkil ediblər

05.08.2018

Ağcabədi rayon MKS-də “Yay məktəbi” çərçivəsində tədbirlərin keçirilməsi davam etdirilir. 05 avqust 2018-ci il tarixdə  Mərkəzi Kitabxananın Uşaq şöbəsi Ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkında “Yay məktəbi “  təşkil ediblər, “Yay tətilini kitabla keçirək” başlıqlı bu tədbir valideynlər və uşaqlar tərəfindən böyük həvəslə qarşılanıb. Tədbirdə müxtəlif yaş qrupu üçün kitablar nümayiş etdirilib. Kitabxanaçılar Nübar Mahmudova və Mətanət İbrahimova uşaqların marağına səbəb olan kitablar haqqında ətraflı məlumat veriblər.