Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Mərkəzi kitabxanasında “Azərbaycan əlifbası və Azərbaycan dili” günü münasibəti ilə tədbir həyata keçirilmişdir

01.08.2018

Ağcabədi rayon Mərkəzi kitabxanasında 1 avqust- “Azərbaycan əlifbası və Azərbaycan dili” günü münasibəti ilə xüsusi Tədbirlər Planı hazırlanıb, tədbirlər həyata keçirilmişdir. 1 avqust 2018-ci il tarixdə Mərkəzi kitabxanasının əməkdaşları 1 avqust- “Azərbaycan əlifbası və Azərbaycan dili” günü münasibəti ilə Tarix-diyarşünaslıq muzeyində “Azərbaycan dili milli sərvətimizdir” başlığı altında tədbir təşkil etmişdilər. Tədbir iştirakçıları əvvəlcə təşkil olunmuş sərgiyə baxış keçirdilər.Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini Təranə Məmmədova açaraq tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir ki, Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dilini itirən xalq məhvə məhkumdur.  Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük dəyərimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.Tədbirdə Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri İlhamə Musayeva, Uşaq şöbəsinin Oxu zal müdiri Turanə Həsənova, Uşaq şöbəsinin kitabxanaçısı Mətanət İbrahimova, Tarix-diyarşünaslıq muzeyinin əməkdaşları Səlminaz Rəhimova, Afət Məmmədova və başqaları çıxış etdilər. Çıxış edənlər hər biri bildirdi ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.