Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

12 İyul 2018-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin regional müşavirə keçirilmişdir

12.07.2018

12 İyul 2018-ci il tarixdə Ağcabədi rayon Tarix-Diyarşünaslıq muzeyində, Ağcabədi Regional Mədəniyyət İdarəsini əhatə edən (Ağcabədi, Ağdam, Laçın) rayonları üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrində 2018-ci ilin ötən 6 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş regional müşavirə keçirilmişdir. Müşavirəni giriş nitqiylə Regional İdarənin rəisi Rza Quluyev açaraq, keçən 6 ay ərzində görülmüş işlər haqqında müşavirə iştirakçılarına məlumat vermişdir. O, altı ay ərzində həyata keçirilmiş işləri qənaətbəxş hesab etməklə yanaşı, mövcud olan nöqsanların aradan qaldırılmasını, qaşıda duran tapşırıqlardan irəli gələn işlərin günün tələblərinə uyğun olaraq  qurulmasını vurğulamışdır. Müşavirədə regiona daxil olan digər rayonların nümayəndələri və müəssisə rəhbərləri də çıxış edərək 6 ay ərzində görülmüş işlər haqqında müşavirə iştirakçılarına məlumat vermiş və qarşıda duran vəzifələrin məsuliyyətlə həyata keçirilməsinə çalışacaqlarını bildirmişlər.