Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıbədəlli kənd uşaq musiqinin təşkil etdiyi konsert proqramı

07.07.2018

Ağcabədi şəhərinin ən gözəl məkanlarından biri olan Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda 07.07.2018_ci il tarixində  Ağcabədi Regional Mədəniyyət İdarəsinin Hacıbədəlli kənd uşaq musiqi məktəbinin  təşkil  etdiyi geniş konsert proqramı   Ağcabədi  ictimaəti və şəhərimizin qonaqlarına  təqdim  edildi. Konsert  məktəbin direktoru  Məhbubə  Əliyevanın bəstələdiyi, sözləri isə Ağcabədinin görkəmli  şairlərindən olan Y.Paşazadəyə məxsus  Ağcabədi  mahnısı ilə  açıldı. Konsert boyunca  məktəbin  müəllim və  şagirdlərin  ifasında  bir-birindən gözəl  mahnılar  dinləyicilərə təqdim edildi. 3 saata yaxın  davam  edən bu konsertdə  Ağcabədi  şəhər Mədəniyyət  Mərkəzinin direktoru  M.Mehdiyev  də  gitarada  gözəl  bir  musiqi  nömrəsi ilə çıxış  etdi Sonda  məktəbin  müəllimlərinin ifasında  Qarabağın  himni sayılan   Qarabağ  Şikəstəsi  ifa olundu