Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Asudə vaxtın səmərəli keçməsi üçün konsert proqramları davam edir.

02.07.2018

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Musiqi məktəblərinin, mədəniyyət müəssisələrinin və klub fililallarının Ağcabədi rayon ictimaiyyətinin asudə vaxtının səmərəli keçməsi məqsədilə müəyyən olunmuş tədbirlər planı əsasında təqdim etdikləri əyləncəli konsert proqramları hər həftənin şənbə günü davam edir. 30 İyun, 2018-ci il tarixdə Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin musiqili kollektivi rayon Heydər Əliyev adın Mədəniyyət və İstirahət parkında, axşam saatlarında parka istirahət etməyə gələn rayon sakinləri qarşısında musiqili çıxışlar etmişlər. Gecə saatlarına kimi davam edən konsert proqramı hər kəsin zövqünü oxşamış, oxunan mahnılar, səslənən nəğmələr tamaşaçıların alqışını qazanmışıdır.