Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədidə Milli Qurtuluş Gününün 25 illiyi münasibətilə tədbiri keçirilmişdir

20.06.2018

15 İyun, 2018-ci il tarixdə saat 20: 00-da Ağcabədi rayonunda 15 İyun - Milli Qurtuluş Gününün  25 illik yubileyi münasibətilə təntənəli ümumrayon bayram tədbiri  H.Əliyev  adına  parkda  keçirilmişdir.AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, İdarə, müəssisə, təşkilatlar, Ağcabədi Regional Mədəniyyət İdarəsi kollektivləri, rayon ziyalıları və rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrin əsgər və zabitləri ilk öncə Ulu Öndər Heydər Əliyevin büstünün önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında davam etmişdir. Axşam saatlarında başlanan tədbirdə 5.000 nəfər insan iştirak etmişdir. Bayram tədbiri Dövlət Himnimizin səslənməsi ilə başlamışdır. Tədbiri təbrik nitqi ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov əlamətdar bayram münasibətilə, həmçinin müqəddəs Ramazan Bayramı münasibətilə rayon ictimaiyyətini təbrik etmiş, onlara can sağlığı, işlərində uğurlar arzulamışdır. Natiq öz çıxışında qeyd etmişdir ki, 15 İyun tarixi Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Hər bir xalqın, hər bir millətin tarixində öz talehini, öz müqəddəratını həll etdiyi bir gün olduğu kimi 15 İyun günü də məhz bizim xalqın özünü təsdiq etdiyi bir gündür, yaddaqalan bir tarixdir.  Çünki, Milli tariximizin səhifələrinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günümüz onu dərindən dərk edən hər bir azərbaycanlı üçün ən əziz tarixdir. Vətənini, xalqını sevən – həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün 15 İyun tarixi əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.  Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, parlaq gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - ən böyük azərbaycanlı olan, dahi şəxsiyyət Heydər Əliyevdir!Daha sonra rayonun ictimai-siyasi həyatında fəal olan bir qrup ziyalılara rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və digər qiyməti hədiyyələri təqdim olunmuşdur. Bayram tədbirinin bədii hissəsinə başlayan Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Üzeyir Hacıbəyli adına Şəhər Uşaq İncəsənət məktəbinin musiqili kollektivi geniş, bayram əhval-ruhiyyəli konsert proqramı ilə çıxış etmişdir. Bədii hissədə müğənnilərin oxuduqları mahnılar, təqdim olunan dövlətimizi, xalqımızı, Ulu Öndərimizi tərənnüm edən vətənpərvər nəğmələr, birləşmiş rəqs kollektivlərinin əsgərlərlə birgə hazırladıqları kompozisiya-rəqs nümunələri, Ulu Öndərimizə həsr edilmiş ədəbi-bədii şeir kompozisiyaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. Gecə saatlarına qədər davam edən bayram tədbiri möhtəşəm atəşfəşanlıqla sona çatmışdır.